7
SURE
Araf Suresi
⌄
⌄
2
3
4
5
7
8
9
10
11
12
13
16
17
18
Allah buyurdu: “Rüsvay olub qovulmuş halda oradan çıx! Onlardan kim sənə uyarsa, (bilsin ki,) həqiqətən, cəhənnəmi sizin hamınızla dolduracağam. (İblis Allahın əmrinə qarşı çıxaraq səcdə etmədikdə cənnətdən, yaxud mələklərin olduğu yüksək məqamdan qovuldu. Bundan sonra Allahla onun arasında yuxarıdakı ayələrdə də bildirilən hadisə baş verdi. Nəticə etibarilə, Allah İblisə qiyamətə qədər yaşaması üçün möhlət vermiş və insanları haqq yoldan çıxarmasına fürsət vermişdir. Buna görə də, kim İblisin yolundan gedərsə, onlar da onunla birlikdə cəhənnəmə girəcəklər.)
19
20
22
23
24
26
Ey Adəm oğulları! Sizin üçün ayıb yerlərinizi örtən geyim və bər-bəzəkli libas nazil etdik (yaratdıq). Təqva geyimi isə daha xeyirlidir. Bu, Allahın dəlillərindəndir ki, bəlkə, düşünüb öyüd alalar. (Bəzi alimlər ayədəki “təqva geyimi” ifadəsinə “həya, saleh əməl, təvazökarlığın əlaməti olan sərt və yundan olan paltar, müharibə geyimi, Allah qorxusu” kimi izahlar vermişlər.)
27
28
29
30
31
Ey Adəm oğulları, hər dəfə məscidə (namaza) gedərkən gözəl paltarlarınızı geyinin! Yeyin, için, lakin israf etməyin! Şübhəsiz, Allah israf edənləri sevməz. (İslam dini təmizlik və gözəllik dinidir. İslama görə, insanların övrət yerlərini örtəcək qədər paltar geyinmələri vacibdir. Bununla yanaşı, ibadət əsnasında ən gözəl və ən təmiz paltarı geyinmək də sünnədəndir.)
32
33
34
Hər bir ümmətin bir əcəli (müddəti) vardır. Onların əcəli gəlib çatdığı zaman nə bir an geri qalar, nə də irəli keçə bilərlər”. (“Ümmət” sözü eyni zamanda xalq və millət mənalarına da gəlir. Bu millətlərin qurduğu dövlətlərin də quruluş və çöküş vaxtları vardır. Çünki dövlətlər də insanlar kimi yaranar, böyüyər və bir müddət sonra yox olar.)
35
36
37
Yalandan Allaha iftira yaxan, yaxud Onun ayələrini yalan sayan kimsədən daha zalım kim ola bilər?! Kitabdakı (ömür və ruzi) qismətləri onlara çatacaqdır. Nəhayət, elçilərimiz (mələklər) canlarını almaq üçün gəlib: “Allahdan savayı yalvardıqlarınız haradadır?” – deyəcəklər. Onlar da: “Bizdən uzaqlaşıb yoxa çıxdılar!” - deyəcək və kafir olduqlarına dair öz əleyhlərinə şahidlik edəcəklər.
38
Allah buyuracaq: “Sizdən əvvəl gəlib-keçmiş cin və insan tayfalarının arasında siz də cəhənnəmə girin!” Hər tayfa girdikcə yoldaşlarına lənət oxuyacaqlar. Nəhayət, hamısı bir-biri ardınca orada toplandığı zaman sonradan gələnlər, daha əvvəl gələnlər barəsində: “Ey Rəbbimiz! Bizi bunlar sapdırdı. Ona görə də onlara ikiqat cəhənnəm əzabı ver!” - deyəcəklər. (Allah da): “Hər kəs üçün ikiqatı (əzab) vardır, lakin siz bilmirsiniz”, - deyəcəkdir.
39
40
41
42
43
Biz onların ürəklərindəki kin-küdurəti çəkib çıxardarıq. Onların (məskunlaşdığı cənnətin ağacları) altından çaylar axar. Onlar deyərlər: “Bunun üçün bizi doğru yola yönəldən Allaha həmd olsun! Əgər Allah bizi doğru yola yönəltməsəydi, biz doğru yolu tapa bilməzdik. Şübhəsiz ki, Rəbbimizin peyğəmbərləri həqiqəti gətirmişdilər”. Onlara: “Etdiyiniz əməllər müqabilində varisi olduğunuz cənnət budur!” - deyə səslənilər.
44
45
46
O ikisinin (cənnət əhli ilə cəhənnəm əhlinin) arasında bir maneə vardır. Əraf (sədd) üzərində isə hər kəsi simasından tanıyan insanlar vardır ki, çox arzuladıqları halda (hələlik) ora (cənnətə) girə bilməmişlər. Onlar cənnət əhlinə: “Sizə salam olsun!” - deyə səslənərlər. (Ayədəki “Əraf” cənnət və cəhənnəm arasındakı divar kimi yüksək bir yerdir. Savabları və günahları bərabər olan kimsələr burada dayanar və Allahın məğfirəti ilə cənnətə girməyi ümid edərlər. Onlar kimin cənnətə, kimin cəhənnəmə girəcəyini üzündən tanıyarlar. Təfsirçilərə görə, sonra Allah onları bağışlayacaq və onlar da cənnətə daxil olacaqlar.)
47
48
49
50
51
52
53
Onlar isə, sadəcə, (Quranın xəbər verdiyi) aqibəti gözləyirlər. Onun (xəbər verdiyi) aqibəti gəldiyi gün, daha əvvəl onu unutmuş olanlar belə deyəcəklər: “Həqiqətən, Rəbbimizin peyğəmbərləri haqqı gətirmişdilər. Bizə şəfaət edəcək bir şəfaətçi varmı və ya (dünyaya) geri qaytarılmağımız mümkündürmü ki, etdiyimiz əməllərdən başqasını (yaxşı əməllər) edək? Onlar özlərini ziyana saldılar. Uydurduqları şeylər (bütlər) də onlardan uzaqlaşıb yoxa çıxdı. (Kafirlər Qurana iman gətirməyib: “Görək, bunun axırı nə olacaq!” – deyərək axirətə iman gətirmək üçün qiyamətin qopmasını gözləyirdilər. Ancaq unudurdular ki, o gün gəldiyi zaman onların imanı heç bir fayda verməyəcəkdir. )
54
Şübhəsiz ki, Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşə istiva edən, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyən, günəşi, ayı və ulduzları Öz əmrinə boyun əymiş bir halda yaradan Allahdır. Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır! (“İstiva” sözü lüğətdə “hökmranlığı altına almaq, yüksəlmək, ucalmaq” və s. mənalara gəlir. Mütəşabeh ayələrdən olan bu ayədəki istivanın tam olaraq nə mənaya gəldiyi barəsində fərqli fikirlər irəli sürülmüşdür. Digər tərəfdən, göylərin yaradıldığı bir vaxtda, bizim anladığımız iyirmi dörd saatlıq gün mövcud olmadığına görə yuxarıdakı ayədə qeyd edilən altı günə “altı mərhələ, yaxud altı dövr” kimi mənalar verilmişdir.)
56
57
Küləkləri mərhəmətinin önündə (yağışdan əvvəl) müjdəçi olaraq göndərən Odur. Nəhayət, (küləklər) ağır buludları yükləndiyi zaman onları ölü (qurumuş) bir məmləkətə göndərərik. Beləcə, ora suyu endirərik və onunla hər cür meyvələri (torpaqdan) çıxardarıq. Biz ölüləri də (dirildib qəbirlərindən) belə çıxardacağıq. Bəlkə, düşünüb ibrət alasınız.
58
Rəbbinin izni ilə gözəl məmləkətin (torpağın) bitkiləri də (gözəl) çıxar. Pis olan (bir torpağın bitkiləri) isə, ancaq və ancaq çətinliklə çıxar. Şükür edən bir qövm üçün ayələri belə bəyan edirik. (Bu ayədə Allah mömini gözəl, kafiri isə pis bir yerə bənzətmişdir. Çünki mömindən gözəl əməllər, kafirdən isə pis əməllər ortaya çıxar. )
59
60
61
62
63
64
65
66
67
69
70
71
72
73
Səmud qövmünə də qardaşları Salehi (peyğəmbər) göndərdik. O demişdi: “Ey qövmüm, Allaha ibadət edin! Sizin Ondan başqa heç bir ilahınız yoxdur! Rəbbinizdən sizə açıq-aydın bir dəlil gəlmişdir. Bu, sizin üçün bir möcüzə olaraq Allahın (göndərdiyi) dişi dəvəsidir. Onu buraxın Allahın torpağında otlasın. Ona pislik etməyin, yoxsa sizə acı bir əzab toxunar! (Allah Saleh peyğəmbəri Səmud qövmünə peyğəmbər göndərdikdən sonra onlar belə deyirdilər: “Əgər sən həqiqətən peyğəmbərsənsə, dua et ki, bu qayanın içindən bir dəvə çıxsın. O zaman sənin peyğəmbərliyinə inanarıq”. Saleh peyğəmbər də dua edir və Allah möcüzə olaraq istədikləri dəvəni həmin qayadan çıxardır. Bu möcüzəni görənlərin bir qismi iman gətirsə də, bir qismi yenə küfrlərinə davam edir. Saleh peyğəmbər qövmündən dəvəyə zərər verməmələrini və ona dəyib-dolaşmamalarını tələb edir. Ancaq onlar həmin dəvəni kəsərək öldürürlər. Buna görə də, Saleh peyğəmbər o bölgədən hicrət edir, inkar edən qövmü isə şiddətli bir zəlzələ ilə məhv edilir.)
74
Xatırlayın ki, Allah sizi Ad qövmündən sonra onun yerinə gətirdi və yer üzündə sizi yerləşdirdi. Yer üzünün düzənliklərində saraylar tikir, dağları ovub evlər düzəldirsiniz. Buna görə də Allahın nemətlərini xatırlayın və yer üzündə fitnə-fəsad törədərək qarışıqlıq salmayın!” (Səmud qövmü Şam və Hicaz bölgələrinin arasındakı Hicr deyilən bir yerdə yaşayırdı. Onlar dağları yonaraq evlər düzəldir, düzənliklərdə daşlarla saraylar və hovuzlar tikirdilər. Eyni zamanda mərmər işi ilə məşğul olurdular. Mənbələrdə ilk dəfə mərmərdən istifadə edənlərin onlar olduğu bildirilir. )
75
77
79
80
81
82
83
84
Onların üstünə (daş) yağışı yağdırdıq. Bax gör, günahkarların aqibəti necə oldu! (Həzrət İbrahim peyğəmbərin qardaşı nəvəsi olan Həzrət Lut Sodom şəhərinin xalqına peyğəmbər göndərilmişdi. Oranın xalqı başqa insanların etmədiyi əxlaqsız işlər görürdülər. Onlar Həzrət Lutun nəsihətlərinə qulaq asmadılar. Nəhayət, Həzrət Lut özünə iman gətirənlərlə birlikdə gecə vaxtı oranı tərk etdi. Geridə qalanlar isə, zəlzələ və başlarına yağan daşlarla məhv oldular.)
85
Mədyən qövmünə də qardaşları Şüeybi (peyğəmbər) göndərdik. O demişdi: “Ey qövmüm, Allaha ibadət edin! Sizin Ondan başqa heç bir ilahınız yoxdur. Sizə Rəbbinizdən açıq-aşkar bir dəlil gəlmişdir. Elə isə ölçüdə və tərəzidə düzgünlüyə riayət edin! İnsanların mallarını əskik verməyin! İslah edildikdən sonra yer üzündə fitnə-fəsad törətməyin! Əgər iman gətirmişsinizsə, bu sizin üçün daha xeyirlidir.
86
87
88
89
Əgər Allah bizi ondan (küfrdən) xilas etdikdən sonra təkrar sizin dininizə dönərsək, Allaha qarşı yalan uydurmuş olarıq. Rəbbimiz olan Allahın diləməsi istisna olmaqla, küfrə qayıtmaq bizə yaraşmaz. Rəbbimiz elmi ilə hər şeyi əhatə etmişdir. Biz Allaha təvəkkül etmişik. Ey Rəbbimiz, bizimlə qövmümüz arasında ədalətlə hökm ver! Sən hökm verənlərin ən xeyirlisisən”.
90
92
93
94
95
96
98
99
100
101
102
103
105
Allah barəsində yalnız həqiqəti söyləmək mənim borcumdur. Mən sizə Rəbbinizdən açıq-aşkar bir dəlil gətirmişəm. İsrail oğullarını mənimlə bərabər göndər (azad et)!” (İsrail oğulları daha əvvəl Həzrət Yusif peyğəmbər Misirdə xəzinədar ikən ataları Həzrət Yaqub peyğəmbərlə birlikdə Fələstindən köçərək Misirə yerləşmişdilər. Daha sonraları Misirin fironları onları qul kimi işlətdilər və onlara müxtəlif əzab-əziyyətlər verdilər. İsrail oğullarından olan Həzrət Musa da Firona, öz xalqını Misirdən çıxardıb təkrar Fələstinə aparmağı təklif etmişdi.)
108
112
113
116
117
123
124
Mütləq sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirəcək, sonra da hamınızı hökmən çarmıxa çəkdirəcəyəm!” (Fironun sehrbazları Həzrət Musaya iman gətirən zaman, Firon bunun bir hiylə olduğunu zənn etdi və qorxdu ki, bütün əhalisi iman gətirəcək. Buna mane olmaq üçün onları təhdid edərək həm sehrbazlara, həm də xalqa gözdağı vermək istədi.)
126
127
128
129
130
131
133
Biz də ayrı-ayrı möcüzələr olmaqla onlara tufan, çəyirtkə, həşərat, qurbağalar və qan göndərdik. Yenə də onlar təkəbbürləndilər və günahkar bir qövm oldular. (Firon və qövmü Həzrət Musaya iman gətirmədiyi üçün Allah-Təala onlara tufan göndərdi. Bundan sonra da ardıcıllıqla çəyirtkə, həşərat və qurbağalar göndərdi. Daha sonra göydən qan yağdırdı və bütün suları qan oldu. Bu müsibətlərin ortadan qalxması üçün Həzrət Musaya müraciət etdilər və o da dua etdi. Beləcə, Allah onlardan bu müsibətləri götürdü, ancaq onlar yenə də inkar etməyə davam etdilər.)
134
136
137
Zəif qövmü (İsrail oğullarını) yerin bərəkət verdiyimiz şərq və qərb tərəflərinə varis (hakim) etdik. Səbir etdiklərinə görə Rəbbinin İsrail oğullarına verdiyi gözəl söz yerinə yetdi. Firon və qövmünün düzəltdikləri və ucaltdıqları (binaları) isə məhv etdik. (Təfsirlərdə, yuxarıdakı ayədə keçən şərq və qərb torpaqlarının Fələstin və Şam bölgəsi olduğu bildirilir. Çünki tarix kitablarında da qeyd edilir ki, bir zamanlar İsrail oğulları bu bölgələrə hakim olmuşdular.)
138
141
142
143
Təyin etdiyimiz vaxtda Musa gəlib Rəbbi onunla danışdığı zaman o dedi: “Ey Rəbbim! Özünü mənə göstər ki, Sənə baxım!” Allah dedi: “Sən Məni əsla görə bilməzsən. Lakin bu dağa bax. Əgər o yerində dura bilsə, sən də Məni görəcəksən”. Rəbbi dağa təcəlla etdiyi zaman onu parça-parça etdi. Musa da bayılıb yerə yıxıldı. Ayıldığı zaman: “Sən pak və müqəddəssən! Sənə tövbə etdim və mən iman gətirənlərin birincisiyəm!” - dedi.
144
145
(Din barəsində) hər cür nəsihəti və hər şeyin izahını onun üçün lövhələrdə yazdıq. Bunları möhkəm tut və qövmünə də onların ən gözəlindən yapışmalarını əmr et! Yaxın bir vaxtda sizə fasiqlərin yurdunu göstərəcəyəm. (Bu ayədə Tövratın lövhələrə yazılmış bir halda Allah tərəfindən Həzrət Musaya verildiyi bildirilir. Lövhələrdə İsrail oğulları üçün dini qayda və qanunlar yazılmışdı. Ayədə keçən “ən gözəlindən yapışmaları” ifadəsi “Tövratdakı əmrlərə tabe olmaları” mənasına gəlir. Bu ayədəki “fasiqlərin yurdu” ifadəsi ilə Əmaliqə qövmünün hakimiyyətindəki Qüds və Şam bölgələri nəzərdə tutulur. Həzrət Musanın vəfatından sonra İsrail oğulları bu torpaqları ələ keçirib oralara hakim olmuşdular.)
146
Yer üzündə haqsız yerə təkəbbürlənənləri ayələrimdən uzaqlaşdıracağam. Onlar hər cür möcüzəni görsələr də yenə ona inanmazlar. Doğru yolu görsələr, onu özləri üçün yol qəbul etməzlər. Ancaq azğınlıq yolunu görsələr, onu özləri üçün yol qəbul edərlər. Bu ona görədir ki, onlar ayələrimizi təkzib etdilər və onlardan qafil oldular.
147
148
(Tura gedən) Musanın ardınca qövmü zinət əşyalarından (düzəltdikləri) və böyürtüsü olan bir buzov heykəlini özlərinə (ilah) qəbul etdilər. Görmədilərmi ki, o (buzov) nə onlarla danışır, nə də onlara yol göstərə bilir?! Onu özlərinə (ilah) qəbul edərək zalım kimsələr oldular. (Həzrət Musa Turda qalma müddətinə on gün əlavə etdikdən sonra İsrail oğullarının içindən Samiri adında bir sənətkar insanların qızıl kimi zinət əşyalarını toplayıb əridərək ondan bir buzov heykəli düzəltdi və: “Sizin də, Musanın da tanrısı budur! Ancaq Musa tanrısını unutdu”, - dedi. Samiri buzov heykəlini elə düzəltmişdi ki, külək əsib içindən keçəndə böyürtü kimi bir səs çıxardırdı.)
149
150
Musa qəzəbli və kədərli halda qövmünün yanına qayıtdıqda: “Məndən sonra arxamca nə pis işlər görmüsünüz! Rəbbinizin əmrini (gözləməyib) tələsdinizmi?” - dedi və lövhələri yerə atıb qardaşını (Harunu) başından tutaraq özünə tərəf çəkdi. (Harun) dedi: “Ey anam oğlu! Həqiqətən, bu qövm məni zəif gördü və az qalsın məni öldürürdülər. Düşmənləri mənə güldürmə və məni də zalım qövmlə bir tutma!”
151
152
153
154
155
Musa təyin etdiyimiz vaxt üçün öz qövmündən yetmiş adam seçdi. Onlar zəlzələyə məruz qaldıqları zaman Musa dedi: “Ey Rəbbim! Əgər istəsəydin, onları da, məni də daha əvvəl məhv edərdin. Aramızdakı səfehlərin etdikləri əməllərə görə bizi (hamımızı) məhv edəcəksən? Bu, Sənin imtahanından başqa bir şey deyil. Sən onunla dilədiyin kimsəni zəlalətə düçar edər, dilədiyini də doğra yola yönəldərsən. Sən bizim himayədarımızsan. Bizi bağışla və bizə rəhm et! Sən bağışlayanların ən xeyirlisisən. (İsrail oğulları buzova sitayiş etdikləri üçün peşman olduqdan sonra Allah-Təala Musa peyğəmbərə əmr etdi ki, qövmündən yetmiş nəfər nümayəndə seçib onlarla birlikdə Allahın hüzuruna gəlsin və hamılıqla tövbə etsinlər.)
156
157
Əllərindəki Tövratda və İncildə (əlamətlərinin) yazıldığını gördükləri ümmi peyğəmbər olan rəsula tabe olanlara o peyğəmbər yaxşılığı əmr edər, pis işləri qadağan edər, təmiz nemətləri halal edər, murdar şeyləri isə haram edər. Onların ağır yükünü və üstlərindəki qandalları götürər. O kəslər ki, Peyğəmbərə iman gətirər, ona hörmət göstərər, yardım edər və onunla birlikdə endirilən nura (Qurana) tabe olarlar, onlar əsil nicat tapanlardır! (Yuxarıdakı ayədə keçən “ümmi” kəlməsi, “oxuma-yazma bilməyən” mənasına gəlir və eyni zamanda Həzrət Mühəmməd peyğəmbərin vəsflərindən biridir. Allah-Təala peyğəmbəri ümmi olaraq vəsfləndirir ki, o heç bir şeyi oxuyub yaza bilmədiyi halda, hər şeydən xəbər verən və mükəmməl bir kitab olan Quranı gətirmişdir. Bu da Quranın həqiqətən, Allah tərəfindən göndərildiyinin bir sübutudur. Həmçinin bu ayədə keçən “qandallar” ifadəsindən məqsəd, Tövratda mövcud olan ağır hökmlər və qanunlardır ki, Quran bu hökmləri ortadan qaldırmış və insanları bu kimi ağır öhdəliklərdən azad etmiş, onların yerinə daha asan hökmlər gətirmişdir.)
158
De: “Ey insanlar! Həqiqətən, mən göylərin və yerin hakimi olan Allah tərəfindən sizin hamınıza göndərilən peyğəmbəriyəm. Ondan başqa heç bir ilah yoxdur. O dirildir və öldürür. Elə isə, həm Allaha, həm də Allaha və Onun sözlərinə iman gətirən ümmi peyğəmbər olan rəsuluna iman gətirin! Ona tabe olun ki, bəlkə siz doğru yolu tapa biləsiniz!”
159
Musanın qövmündən elə bir dəstə var ki, onlar (insanları) haqq yola yönəldir və ona əsasən ədalətlə hökm edirlər. (Yuxarıdakı ayədə qeyd olunan dəstədən məqsəd, Həzrət Mühəmməd peyğəmbərə iman gətirən yəhudilər və ya Həzrət Musanın dövründə insanlara nəsihət edərək onları haqqa və doğruluğa çağıran kimsələrdir.)
160
Biz onları (İsrail oğullarını) on iki qəbiləyə ayırdıq. Qövmü ondan su istədiyi zaman biz Musaya: “Əsanı daşa vur!” – deyə vəhy etdik. Ondan dərhal on iki çeşmə fışqırdı. Hər qəbilə özünün su içmə yerini bildi. Buludlarla da onların üstünə kölgə saldıq. Onlara qüdrət halvası və bildirçin əti də endirdik. (Onlara dedik ki:) “Sizə verdiyimiz ruzilərin təmiz olanından yeyin!” Ancaq onlar (əmrlərimizə itaət etməyərək) Bizə deyil, özlərinə zülm edirdilər.
161
162
163
Onlardan dəniz kənarındakı qəsəbə (xalqı) haqqında soruş! O zaman onlar şənbə günü həddi aşırdılar. Çünki şənbə günü balıqlar dəstə-dəstə onlara tərəf gəlir, şənbə günündən başqa günlər isə gəlmirdilər. Günah işlədiklərinə görə onları bu şəkildə imtahana çəkirdik. (Allah-Təala İsrail oğullarına şənbə günü ov etməyi qadağan etmiş və bu günə hörmət göstərmələrini istəmişdi. Bunun nəticəsində balıqlar o gün su üzünə çıxır və sərbəst şəkildə üzürdülər. Digər günlərdə isə balıqlar su üzünə çıxmırdı. Bu, Allahın bir imtahanı idi. Ancaq yəhudilər o günə hörmət göstərməyərək o gündə ova çıxdılar və bu sınaqdan keçə bilmədilər.)
164
165
166
Təkəbbürlənərək qadağan edilən şeylərdən əl çəkmədikləri zaman onlara: “Zəlil meymunlar olun!” - dedik. (Bəzi təfsirçilərə görə, yəhudilərdən bir qrup insan şənbə günü qadağasına hörmət göstərmədikləri üçün Allah onları donuz və meymun şəklinə salmışdır. Digər bir qrup təfsirçiyə görə isə, onlar mənəvi və əxlaqi cəhətdən meymunlar kimi zəlil olub insanlar tərəfindən qınanmışdılar.)
167
168
169
Onlardan sonra (ayələri təhrif etmək müqabilində) bu dəyərsiz dünya malını alaraq Kitaba varis olan və: “Onsuz da biz bağışlanacağıq”. - deyən kimsələr onların yerinə keçdilər. Onlara, ona bənzər başqa bir dünya malı gəlsəydi, onu da alardılar. Bəs onlardan, Allaha dair haqdan başqasını söyləməyəcəklərinə dair Kitabda yazılanlara uyğun əhd alınmamışdımı?! Halbuki, onlar onun içindəkiləri öyrənmişdilər. Axirət yurdu (Allahdan) qorxanlar üçün daha xeyirlidir. Hələ də düşünmürsünüzmü?
170
171
172
173
175
Onlara, ayələrimizi verdiyimiz halda onlardan imtina edən kimsənin xəbərini də oxu. Beləliklə şeytan onu özünə tabe etmiş və o da haqq yoldan azanlardan olmuşdu. (Təfsir alimlərinin əksəriyyətinə görə, bu adam İsrail oğullarından Bələm ibn Bauradır. O, əvvəllər Həzrət Musanın dinini qəbul etmiş mömin bir kişi idi. Ancaq Bələmin Həzrət Musa tərəfindən elçi olaraq göndərildiyi qövm Həzrət Musanın onları məğlub edəcəyindən qorxaraq ona təzyiq göstərmişdi. Bələm də Həzrət Musaya bəd dua etmiş və ona qarşı həmin qövmə bəzi hiylələr öyrətmişdi. Allah-Təala isə onun bəd duasını o qövmün əleyhinə çevirmiş və Bələmi cəzalandırmışdı.)
176
Əgər Biz istəsəydik, onlarla (həmin ayələrlə) onu ucaldardıq. Lakin o, dünyaya meyil etdi və öz nəfsinin arzularına uydu. Onun halı bir köpəyin halına bənzəyir; üstünə cumsan da ləhləyər, qoyub getsən də ləhləyər. Bu, ayələrimizi yalanlayan qövmün halıdır. Hadisələri (onlara) nəql et ki, bəlkə, onlar düşünüb təfəkkür edərlər.
178
179
180
181
184
185
186
187
Səndən qiyamətin nə zaman qopacağını soruşurlar. De: “Onun bilgisi yalnız Rəbbimə məxsusdur. Vaxtı çatanda onu ortaya çıxaracaq yalnız Odur. Qiyamətin bilgisi göylərə də, yerə də ağır gəlmişdir. O sizə qəflətən gələcəkdir”. Sanki sən onun haqqında bir şey bilirsənmiş kimi səndən soruşurlar. De: “Onun bilgisi yalnız Allaha məxsusdur. Lakin insanların çoxu bilmir”.
188
189
Sizi tək bir candan (Adəmdən) yaradan və onunla ünsiyyət etməsi üçün ondan da zövcəsini (Həvvanı) yaradan Odur. (Adəm) ona (Həvvaya) sarıldıqda (cinsi əlaqəyə girdikdə) o yüngül bir yüklə yükləndi (hamilə oldu) və onu (bətnində) daşıdı. (Hamiləliyi) ağırlaşdığı zaman Rəbbi olan Allaha: “Əgər bizə qüsursuz bir uşaq versən, həqiqətən, şükür edənlərdən olacağıq!” - deyə dua etdilər.
190
Ancaq Allah onlara sağlam bir övlad bəxş etdiyi zaman onlar həmin uşaq barəsində Ona şəriklər qoşdular. Allah isə onların qoşduqları şəriklərdən ucadır! (Bu ayənin təfsiri ilə əlaqəli bir neçə fərqli görüş vardır. Təbəri təfsirində bu ayənin izahı ilə əlaqəli belə bir hədis nəql olunmuşdur: “Həvva hamilə qaldığı zaman İblis onun ətrafında dolaşırdı. Çünki Həvvanın doğulan uşaqları yaşamırdı. İblis Həvvaya: “Sən ona Abdülharis adını qoy!” - demişdi. Həvva da hamilə olduğu uşağın adını Abdülharis qoydu. Bundan sonra uşaqları yaşamışdır. Həvvanın belə etməsi Şeytanın vəsvəsəsi və əmri ilə olmuşdu.” Təfsirdə eyni zamanda qeyd edilir ki, Haris şeytanın bir adı idi. Beləliklə onlar uşağa “şeytanın qulu” mənasında Abdülharis adını qoyaraq şeytanın adını Allahın adlarına şərik qoşdular. Ancaq bəzi təfsirçilərə görə, yuxarıdakı ayədə keçən Allaha şərik qoşma hadisəsi Adəm və Həvva tərəfindən deyil, onların nəslindən olan insanlar tərəfindən meydana gəlmişdir. Çünki onların nəslindən olan insanların bir qismi Allahı qoyub bütlərə sitayiş etməyə başladılar. Digər bir görüşə görə, Adəm və Həvva dünyaya gələn övladlarını həddindən çox sevdikləri üçün sevgidə övladlarını Allaha şərik qoşdular.)
193
194
195
196
198
200
201
202
203
204
205