5
SURE
Maide Suresi
⌄
⌄
1
2
Ey iman gətirənlər! Allahın (müəyyən etdiyi dini) nişanələrinə, haram aya, qurbanlara, (onlara taxılmış) boyunbağlarına və Rəbbinin lütfünü və rizasını diləyərək Beyti-harama (Kəbəyə) gələnlərə hörmətsizlik etməyin! Ehramdan çıxdığınız zaman ov edəbilərsiniz. Məscidi-harama daxil olmağınıza mane olmuş bir qövmə qarşı bəslədiyiniz kin, sizi təcavüzə sövq etməsin! Yaxşılıq və təqvada (günahlardan çəkinməkdə) yardımlaşın! Günah və düşmənçilikdə isə yardımlaşmayın! Allahdan qorxun! Həqiqətən, Allahın cəzası şiddətlidir.
3
Leş, qan, donuz əti, Allahdan başqasının adı ilə kəsilmiş, boğulmuş, (daş, ağac və s. ilə) vurulmuş, (yuxarıdan yuvarlanaraq) yıxılıb ölmüş, buynuzlanıb ölmüş və vəhşi heyvanların parçalayıb yediyi heyvanlar sizə haram edildi. Canı çıxmadan kəsdikləriniz isə istisnadır. Dikinə qoyulmuş daşların (bütlərin) qarşısında kəsilmiş heyvanlar və fal oxları ilə qismətinizi axtarmağınız da (haram edilmişdir). Bunlar günah işlərdir. Bu gün kafirlər sizin dininizdən (dininizi yıxmaqdan) ümidlərini kəsdilər. Artıq onlardan qorxmayın, Məndən qorxun! Bu gün dininizi sizin üçün kamil etdim. Sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyəndim. Kim aclıq səbəbilə çətinliyə düşərsə, günaha meyil etmədən (haram ətdən, ölməyəcək qədər yeyə bilər). Şübhəsiz ki, Allah bağışlayandır, mərhəmətlidir.
4
Onlar səndən özlərinə nəyin halal edildiyini soruşurlar. De: “Təmiz və yaxşı nemətlər sizə halal edilmişdir. Allahın sizə öyrətdikləri sayəsində əhliləşdirib ov etməyi öyrətdiyiniz yırtıcı heyvanların sizin üçün tutduqlarından da yeyin və üzərinə Allahın adını (Bismillah) deyin! Allahdan qorxun! Şübhəsiz ki, Allahın haqq-hesabı sürətlidir.
5
Bu gün təmiz və yaxşı nemətlər sizə halal edilmişdir. Kitab verilənlərin (yəhudi və xristianların) yeməkləri sizə halaldır. Sizin yeməkləriniz də onlara halaldır. Azad və iffətli mömin qadınlar və sizdən əvvəl kitab verilmişlərdən azad və iffətli qadınlar namuslu olub zina etməmək və aşna saxlamamaq şərtilə, mehrlərini də verdiyiniz təqdirdə (onlarla evlənməyiniz sizə halaldır). Kim iman etməkdən üz çevirərsə, onun əməli boşa getmişdir və o, axirətdə zərər çəkənlərdən olacaqdır.
6
Ey iman gətirənlər! Namaza duracağınız zaman üzlərinizi, dirsəklərlə birlikdə əllərinizi yuyun və başınıza məsh çəkib ayaqlarınızı topuqlarla birlikdə yuyun. Əgər cünub olmusunuzsa, yaxşı-yaxşı təmizlənin (bütün bədəninizi yuyaraq qüsl edin). Xəstə və ya səfərdə olsanız, yaxud sizdən biri ayaq yolundan gəlsə və ya qadınlara toxunsanız (cinsi əlaqədə olsanız və) su tapmasanız, təmiz torpaqla təyəmmüm edərək (torpağı) üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəmir. Lakin sizi tər-təmiz etmək və sizə olan nemətini tamamlamaq istəyir ki, bəlkə siz şükür edəsiniz. (Namaz ibadəti bir növ Allahın hüzuruna çıxmaq sayıldığı üçün bir müsəlman bu məqama, maddi və mənəvi kirlərdən təmizlənmiş bir halda çıxmalıdır. Bunun üçün də ilk növbədə qüsl və dəstəmazlı olmalıdır. Yuxarıdakı ayədə dəstəmaz, qüsl və su tapılmadığı hallarda bu ikisinin əvəzinə alınan təyəmmüm izah edilmişdir. Bu ayədə “ayaqlarınızı topuqlarla birlikdə yuyun” kimi tərcümə olunan hissədəki “ərculəkum” sözü bəzi qiraət alimlərinə görə “ərculikum” olaraq oxunmuşdur. Buna görə də bəzi alimlər bu qiraəti əsas alaraq “ərculikum” ifadəsinə “ayaqlarınıza topuqlara qədər məsh çəkin” kimi məna vermişlər. Bu səbəbdən bəzi məzhəblərə görə dəstəmaz alarkən ayaqlara su ilə məsh çəkmək kifayətdir.)
7
Allahın sizə olan nemətini və: “Eşitdik və itaət etdik!” - dediyiniz zaman sizinlə bağladığı əhdi xatırlayın! Allahdan qorxun! Şübhəsiz, Allah ürəklərdə olanları biləndir. (Yuxarıdakı ayədə bəhs olunan əhd həm “Qalü-bəla” günündə bütün ruhların Allaha verdiyi söz, həm də Əqəbə və Hüdeybiyyədə müsəlmanların Allaha və Rəsuluna verdikləri söz kimi təfsir edilmişdir.)
8
11
12
Şübhəsiz ki, Allah İsrail oğullarından əhd almışdı. Onlardan on iki nəzarətçi (vəkil) göndərmişdik. Allah (onlara) demişdi: “Mən sizinləyəm. Əgər namazı qılsanız, zəkatı versəniz, peyğəmbərlərimə iman gətirib onlara kömək etsəniz və Allaha gözəl bir borc versəniz (ehtiyacı olanlara faizsiz borc versəniz), əlbəttə, günahlarınızın üstünü örtər və sizi (ağacları) altından çaylar axan cənnətlərə daxil edərəm. Bundan sonra sizdən kim küfrə düşərsə, doğru yoldan azmış olar”. (Allah-Təala İsrail oğullarını Fironun zülmündən xilas etdikdən sonra Musa peyğəmbər vasitəsilə onları Qüdsə yönləndirmiş və oranı, onlar üçün vətən olaraq təyin etmişdi. Allah onlara, orada hökmdarlıq edən Kənanilərə qarşı mübarizə aparmalarını əmr etmiş, onlardan buna dair söz almış və hər qəbilədən bir kişi olmaqla on iki nəfəri də buna vəkil təyin etmişdi. Yəhudilər Qüdsə yaxınlaşdıqları zaman Musa peyğəmbər bu on iki nəfəri kəşfiyyat məqsədilə şəhərə göndərmiş və onlara, orada gördüklərindən xalqa bəhs etməmələrini əmr etmişdi. Kəşfiyyatçılar geri qayıtdıqları zaman ikisindən başqa digərləri gördüklərini yəhudilərə danışaraq Qüdsdəkilərin güclü və müharibəyə hazır vəziyyətdə olduqlarını söylədilər və onları qorxuya saldılar. Beləliklə də, onlar verdikləri sözü tutmayaraq əhdlərini pozdular.)
13
Əhdlərini pozduqlarına görə onları lənətlədik və onların qəlblərini qatılaşdırdıq. Onlar sözlərin yerlərini dəyişdirirlər (Tövratın əslini pozurlar). Özlərinə öyrədilənlərin (Tövratın) bir hissəsini də unutdular. Onların az bir qismi istisna olmaqla, onlardan daim xəyanət görərsən. Yenə də, onları bağışla və onlara fikir vermə! Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevər. (Vaxtilə Tövrat kitabı yalnız bir nüsxədən ibarət idi. Heç kim onun hamısını əzbərdən bilmirdi. Babillilər İsrail oğullarını əsir götürdükləri zaman Tövratın bu nüsxəsi də itmişdi. İllər sonra İsrail oğulları əsirlikdən xilas olduqlarında Tövratın yadda qalan bəzi bölmələrini yenidən yazdılar. Bu gün əllərində olan Tövrat kitabında da həmin bölmələrin bir qismi və Musa peyğəmbərin həyatından bəhs edən bölmələr yer alır.)
14
“Biz xristianıq”, - deyənlərdən də əhd almışdıq. Ancaq onlar özlərinə öyrədilən sözlərin bir qismini unutdular. Buna görə də qiyamət gününə qədər Biz onların arasına düşmənçilik və kin saldıq. Allah onlara, etdikləri işləri xəbər verəcəkdir. (İlk xristianlar da yəhudilərin işgəncə və hücumları qarşısında pərən-pərən düşmüş və İsa peyğəmbərə vəhy olunan İncili qoruya bilməmişdilər. Miladi təqvimlə üçüncü əsrin əvvəllərində Roma imperatorluğunun xristianlığa meyil etməsindən sonra rahatlığa çıxan xristianlar İncili yenidən yazmağa başlamışlar. Bunun nəticəsində də fərqli şəxslərin yazdığı və bir-birinə uyğun gəlməyən fərqli İncillər meydana çıxmışdır. İsa peyğəmbərin göstərdiyi yoldan çıxan və Allaha verdikləri sözü tutmayan xristianlar da öz aralarında ixtilafa düşdülər və əsrlər boyu bu ixtilafları davam etməkdədir.)
15
16
17
“Allah Məryəm oğlu Məsihdir!” - deyənlər həqiqətən, kafir oldular. De: “Əgər Allah Məryəm oğlu Məsihi, onun anasını və yer üzündə olanların hamısını məhv etmək istəsə, kim Allaha qarşı bir şey edə bilər?! Göylərin, yerin və onların arasındakıların hakimiyyəti Allaha məxsusdur. O, dilədiyini yaradar. Allah hər şeyə qadirdir”.
18
Yəhudilər və xristianlar: “Biz Allahın oğulları və sevimliləriyik”, - dedilər. De: “Bəs nə üçün günahlarınıza görə O sizə əzab verir? Xeyr, siz də Onun yaratdığı bir bəşərsiniz. O, dilədiyini bağışlayar, dilədiyinə də əzab verər. Göylərin, yerin və onların arasındakıların hakimiyyəti Allaha məxsusdur. Axır dönüş də Onadır”.
19
20
21
22
23
24
25
26
27
Onlara, Adəmin iki oğlunun əhvalatını həqiqət olaraq danış. Vaxtilə onlar qurban gətirmişdilər. Onlardan birinin (Habilin qurbanı) qəbul olunmuş, digərininki (Qabilin qurbanı) isə qəbul olunmamışdı. (Qurbanı qəbul olunmayan qardaş qısqanclığından qardaşına) demişdi: “Səni mütləq, öldürəcəyəm!” (Qardaşı isə) demişdi: “Allah yalnız müttəqilərdən (qurbanı) qəbul edər.
28
29
31
32
Buna görə də İsrail oğullarına belə yazdıq (hökm verdik): “Kim bir cana qıymamış, yaxud yer üzündə fitnə-fəsad törətməmiş bir kimsəni öldürərsə, bütün insanları öldürmüş kimi olar. Kim də onu dirildərsə (ölümdən xilas edərsə), bütün insanları diriltmiş (xilas etmiş) kimi olar. Elçilərimiz onlara açıq-aydın dəlillər (möcüzələr) gətirmişdilər. Ancaq onlardan bir çoxu bundan sonra da yer üzündə həddi aşmaqdadır. (Həqiqətən də, tarix boyu İsrail oğulları dünyada müharibələr, çevrilişlər, müxtəlif cür hiylələr və fitnə-fəsadların səbəbkarları olmuş, yaxud bu kimi hadisələrdə mühüm rol oynamışlar.)
33
Allaha və Peyğəmbərinə qarşı vuruşanların və yer üzündə fitnə-fəsad törətməyə çalışanların cəzası öldürülmək və ya çarmıxa çəkilmək, ya da əlləri və ayaqlarının çarpazvari kəsilməsi, yaxud da yaşadıqları yerdən sürgün olunmalarıdır. Bu (cəza), onların dünyadakı rüsvayçılığıdır. Axirətdə isə onlar üçün böyük bir əzab vardır.
34
Ancaq siz qalib gəlib onları ələ keçirmədən əvvəl tövbə edənlər istisnadır. Bilin ki, Allah bağışlayandır, mərhəmətlidir. (İslam bir insanın haqsız yerə öldürülməsini, bütün insanların öldürülməsi ilə bir tutaraq bunu böyük bir cinayət saymışdır. Ancaq quldurluq edən, insanların dinc həyatına müdaxilə edən və dövlətə qarşı qiyam qaldıranlara qarşı sərt tədbirlər qoymuşdur. Əksər alimlərə görə, silahlanaraq dövlətə qarşı qiyam qaldırmaq və quldurluq kimi hərəkətlərin cəzası ölümdür. Həm öldürüb, həm də insanların malını qəsb etdikləri təqdirdə bunun cəzası, öldürülmələri və çarmıxa çəkilərək xalqa nümayiş etdirilmələridir. Quldurluq edib mal-mülkü talan edərək xalqı vahiməyə salmağın cəzası isə çarpaz şəkildə bir əlin və bir ayağın kəsilməsidir. Sadəcə olaraq quldurluq edənin cəzası isə sürgündür. Əgər quldur öz istəyi ilə təslim olub, törətdiyi əməllərə görə peşmançılıq çəkərsə, zərəri ödəmək şərtilə cəzası ləğv olunar.)
35
Ey iman gətirənlər! Allahdan qorxun, ona (yaxınlaşmaq üçün) vəsilə (vasitə) axtarın və Onun yolunda cihad edin ki, bəlkə nicat tapasınız. (Yuxarıdakı ayədə görüldüyü kimi, qulu Allaha yaxınlaşdıran vasitələrdən biri də cihaddır. Bundan başqa Allah rizası üçün edilən hər bir ibadət də Allaha yaxınlaşdıran vasitələrdir.)
36
37
38
39
40
41
Ey Peyğəmbər! Qəlbləri inanmadığı halda ağızları ilə: “İnandıq”, - deyənlərdən küfrdə bir-birləri ilə yarışanlar səni kədərləndirməsin! Yəhudilərdən də elələri var ki, yalan sözlərə və sənin yanına gəlməyən başqa kimsələrə qulaq asırlar. Onlar (Tövratdakı) sözlərin yerini sonradan dəyişdirirlər. Onlar: “Əgər bu sizə verilsə, onu alın. Əgər o sizə verilməsə, (ondan) uzaq durun!” - deyirlər. Allah bir kimsənin fitnəyə (zəlalətə) düşməsini istəyərsə, sən Allaha qarşı onun üçün heç bir şey edə bilməzsən. Onlar elə kimsələrdir ki, Allah onların ürəklərini təmizləmək istəməmişdir. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır. (Yuxarıdakı ayənin nazil olma səbəbi kimi bildirilir ki, Mədinədə yəhudilər arasında zina hadisəsi baş verdi və onlardan bəziləri: “Mühəmmədin yanına gedək. Əgər o, rəcm cəzasından başqa bir cəza verərsə, onu qəbul edərik və bunu Allaha qarşı dəlil kimi göstərərik”, – dedilər. Həzrət Peyğəmbərin (s.ə.s) yanına gəldiklərində isə, Həzrət Peyğəmbər (s.ə.s) onlara Tövratda da zinanın cəzasının rəcm olduğunu bildirdi və yəhudilərin bu hiyləsini puça çıxartdı.)
42
43
44
Şübhəsiz ki, içində haqq yol və nur olan Tövratı Biz nazil etdik. (Allaha) təslim olmuş peyğəmbərlər yəhudilərə onunla hökm edərdilər. Özlərini dinə həsr etmiş kəslər və din alimləri də, özlərindən Allahın kitabını qorumaları istənildiyi üçün (onunla hökm verərdilər). Onlar da ona (Tövratın ilahi kitab olduğuna) şahiddilər. Ona görə də insanlardan qorxmayın, Məndən qorxun! Ayələrimi az bir mənfəət müqabilində satmayın! Kim Allahın nazil etdiyi ilə hökm verməzsə, onlar əsil kafirlərdir.
45
Biz orada (Tövratda) onlara yazdıq ki, canın (qisası) can, gözün (qisası) göz, burnun (qisası) burun, qulağın (qisası) qulaq, dişin (qisası) dişdir. Həmçinin yaralamağın da qisası vardır. Kim onu (qisas almağı) bağışlayarsa, bu onun üçün bir kəffarədir. Kim Allahın nazil etdiyi ilə hökm verməzsə, onlar əsil zalımlardır.
46
47
48
Sənə də, özündən əvvəlki kitabı təsdiqləmək və onu qorumaq üzrə haqq olaraq Kitabı (Quranı) nazil etdik. Onların arasında Allahın nazil etdiyi (Quran) ilə hökm ver və sənə gələn haqqı qoyub onların arzularına uyma! Sizin hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istəsəydi, sizi tək bir ümmət edərdi. Lakin O, verdikləri ilə sizi imtahan etmək üçün (belə etdi). Elə isə yaxşı işlər görməkdə bir-birinizlə yarışın! Hamınızın dönüşü Allahadır. O, ixtilafa düşdüyünüz şeylər barəsində sizə xəbər verəcəkdir.
49
Onların arasında Allahın nazil etdiyi ilə hökm ver və onların arzularına uyma! Allahın sənə nazil etdiyinin bir qismindən səni yayındıra biləcəklərinə qarşı diqqətli ol! Əgər onlar üz döndərsələr, bil ki, Allah onları ancaq bəzi günahlarına görə müsibətə düçar etmək istəyir. Həqiqətən, insanların çoxu fasiqdir.
50
51
52
53
54
Ey iman gətirənlər! Sizdən hər kim öz dinindən dönərsə, (bilsin ki,) Allah elə bir tayfa gətirər ki, Allah onları sevər, onlar da Allahı sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda cihad edər və tənə edənin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür. Onu dilədiyi kimsəyə verər. Allah (lütfü ilə) genişdir, hər şeyi biləndir.
55
56
57
58
59
60
61
62
63
64
Yəhudilər: “Allahın əli bağlıdır (xəsisdir)!” - dedilər. Dediklərinə görə öz əlləri bağlansın və lənət olsun onlara! Əksinə, Onun əlləri açıqdır (Allah comərddir), istədiyi kimi sərf edər. Rəbbindən sənə nazil edilən (Quran) şübhəsiz, onlardan bir çoxunun azğınlığını və küfrünü artırır. Biz, qiyamət gününə qədər onların arasına düşmənçilik və kin saldıq. Onlar müharibə üçün hər dəfə od qaladıqlarında (fitnə-fəsad çıxardıqlarında), Allah onu söndürmüşdür. Onlar yer üzündə fitnə-fəsad törətməyə çalışırlar. Allah isə fitnə-fəsad törədənləri sevməz.
65
66
67
68
69
70
71
72
“Allah Məryəm oğlu Məsihdir!” - deyənlər şübhəsiz ki, kafir olmuşlar. Halbuki, Məsih belə demişdi: “Ey İsrail oğulları! Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin! Kim Allaha şərik qoşarsa, şübhəsiz ki, Allah cənnəti ona haram edər. Onun sığınacağı yer cəhənnəmdir. Zalımların heç bir köməkçisi olmayacaq”.
73
74
75
Məryəm oğlu Məsih ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib-keçmişlər. Onun anası da çox dürüst bir qadın idi. Hər ikisi də (adi insanlar kimi) yemək yeyərdi. Bax gör, Biz ayələri onlara necə açıqlayırıq. Sonra bax gör, onlar (haqdan) necə üz çevirirlər. (Yəhudilər Həzrət İsanın namuslu və bakirə bir qadından atasız dünyaya gəldiyinə inanmayıb onun anası Həzrət Məryəmə iftira atdılar və onun zinakar bir qadın olduğunu iddia etdilər. Qurani-Kərim isə İsa peyğəmbərin həqiqətən də, atasız dünyaya gəldiyini və anasının da çox namuslu və dürüst bir qadın olduğunu bir çox yerdə qeyd edərək bu iftiranı rədd edir. Xristianlar isə İsa peyğəmbəri və anasını ilahiləşdirdilər. Quran onların da adi insanlar kimi yeyib-içdiklərinə işarə etməklə bu iddianı da rədd edir. Belə ki, əgər onlar ilah olsaydılar, yeməyə və içməyə ehtiyacları olmazdı.)
76
77
78
79
80
81
82
İman gətirənlərə düşmənçilik cəhətdən insanların ən şiddətlisi olaraq yəhudiləri və müşrikləri görərsən. Onların içində iman gətirənlərə sevgi cəhətdən ən yaxın olanların isə: “Biz xristianıq”, - deyənlər olduğunu görərsən. Çünki, onların içində keşiş və rahiblər vardır və onlar təkəbbürlənmirlər. (Təfsirlərdə yuxarıdakı ayədə bildirilən kimsələrin Həbəşistana hicrət edən müsəlmanları gözəl qarşılayıb onlara sığınacaq verən xristianlar olduğu, yaxud Həzrət Peyğəmbərlə (s.ə.s) müqavilə bağlayan Nəcran xristianları olduğu qeyd edilir. Ümumiyyətlə, xristianların yəhudi və müşriklərə nisbətən müsəlmanlara daha yaxın olduqları görülür. Səlib yürüşlərində müsəlmanlara hücum edən xristianları bir tərəfə qoysaq, dünyadan uzaqlaşaraq ibadətlə məşğul olan rahiblərin və onların təsirində qalan xristianların İslama daha yaxın olduqları da bir həqiqətdir.)
83
84
85
87
89
Allah səhvən ağzınızdan çıxan andlarınıza görə sizi cəzalandırmaz. Lakin bilərək etdiyiniz andlara görə sizi cəzalandırar. Bunun da kəffarəsi, ailənizə yedirdiyinizin orta hesabından on yoxsulu doyurmaq, yaxud onları geyindirmək və yaxud da bir kölə azad etməkdir. Kimin (bunları etməyə) imkanı yoxdursa, üç gün oruc tutmalıdır. And içdiyiniz təqdirdə, andlarınızın kəffarəsi budur. Elə isə andlarınızı qoruyun (riayət edin). Allah ayələrini bu şəkildə sizə izah edir ki, bəlkə şükür edəsiniz.
90
91
92
93
İman gətirib yaxşı işlər görənlər (Allahdan) çəkinərək iman gətirər və saleh əməllər edər, sonra yenə (Allahdan) çəkinib iman gətirər, sonra yenə (Allahdan) çəkinib yaxşı işlər görərlərsə, (haram edilməmişdən əvvəl) daddıqlarına (yeyib-içdiklərinə) görə onlara heç bir günah yoxdur. Allah yaxşı əməl sahiblərini sevər.
94
95
Ey iman gətirənlər, ehramda ikən ovu öldürməyin! Sizdən kim onu qəsdən öldürərsə, öldürdüyü heyvanın eynisi (dəyərində ona) cəza düşür. Kəbəyə çatası qurban olmaq üzrə sizdən iki ədalətli şəxs buna hökm edər (öldürülən heyvanın dəyərini təyin edər), yaxud (ovlanmanın) kəffarəsi yoxsulları doyurmaq və yaxud da ona bərabər bir oruc tutmaqdır ki, gördüyü işin cəzasını dadsın. Allah keçmişdə olanları bağışlamışdır. Kim (bu işləri) təkrar edərsə, Allah ondan intiqam alar. Allah qüdrətlidir, intiqam sahibidir.
96
97
99
100
101
102
103
Allah nə bəhirəni, nə saibəni, nə vəsiləni, nə də hamini (şəriətə uyğun) etmişdir. Lakin kafirlər Allaha yalandan iftira atırlar. Onların əksəriyyəti düşünüb dərk etmirlər. (Cahiliyyə dövründə ərəblər arasında heyvanlarla bağlı batil bir inanc vardı. Belə ki, onlar müəyyən səbəblərdən bəzi heyvanları ya bütlərə qurban edir, ya da sərbəst buraxırdılar. Məsələn beş dəfə doğan və beşinci balası dişi olan dəvəyə “bəhirə” deyir, qulağına iz qoyur, südü sağılmadan bütlər üçün saxlayırdılar. Bütlər üçün sərbəst buraxılan və südü ancaq qonaqlar tərəfindən içilən dəvəyə isə “saibə” deyirdilər. Biri erkək, biri dişi olmaqla əkiz doğan dəvəyə, yaxud qoyuna isə “vəsilə” deyirdilər. Onun erkək balasını da bütə qurban edirdilər. Yuxarıdakı ayə bütpərəstlərin bu əməllərinin batil olduğuna işarə edir.)
104
105
106
Ey iman gətirənlər! Sizdən birinizin ölümü çatdığı zaman vəsiyyət vaxtı içinizdən iki ədalətli şəxsi aranızda şahid tutun! Əgər siz səfərdə ikən başınıza ölüm müsibəti gələrsə, sizdən olmayan başqa iki nəfəri (şahid tutun). Əgər (şahidlərdən) şübhə etsəniz, namazdan sonra o ikisini tutub saxlayın və onlar: “Onu (andları) qohumlarımızın mənfəəti üçün olsa belə heç bir qiymətə satmayacaq və Allahın şahidliyini gizlətməyəcəyik. Yoxsa, biz şübhəsiz ki, günahkarlardan olarıq”, – deyə Allaha and içsinlər. (Bu ayədə ölmək üzrə olan bir müsəlmanın öz yaxınlarına vəsiyyət etməsi gərəkdiyi tövsiyə olunur. Təfsirçilərə görə, ayədə qeyd edilən “içinizdən iki ədalətli şəxs” ifadəsi ilə ölən kimsənin yaxın qohum-əqrabası, yaxud müsəlman olanlar nəzərdə tutulmuşdur. “Başqa iki nəfər” ifadəsindən məqsəd isə müsəlman olmayıb kitab əhli olanlar, yaxud ölən kimsənin qohum-əqrabası olmayanlardır.)
107
Əgər o ikisinin (yalan danışaraq) günah qazandıqları ortaya çıxarsa, o zaman (ölən şəxsə) daha yaxın olan başqa iki nəfər onların yerini tutar və hər ikisi: “Həqiqətən, bizim şahidliyimiz onların şahidliyindən daha doğrudur. Biz (yalandan and içib) həddi aşmamışıq. Əks halda, biz həqiqətən, zalımlardan olarıq!” - deyə Allaha and içərlər.
108
109
110
O zaman Allah belə buyuracaq: “Ey Məryəm oğlu İsa, sənə və anana olan nemətimi xatırla! Vaxtilə Mən səni müqəddəs ruhla (Cəbraillə) dəstəkləmişdim. Sən həm beşikdə, həm də yetkin çağında insanlarla danışırdın. O vaxt sənə kitabı (oxuyub yazmağı), hikməti, Tövratı və İncili öyrətdim. İznimlə palçıqdan quşa bənzər bir şey düzəldir və ona üfürürdün, o da iznimlə quşa çevrilirdi. Həmçinin iznimlə anadangəlmə kora və cüzamlı xəstəyə şəfa verirdin və Mənim iznimlə ölüləri (yerdən dirildib) çıxardırdın. İsrail oğullarını da səndən (səni öldürməkdən) dəf etmişdim. Sən onlara açıq-aşkar dəlillər gətirdiyin zaman onlardan inkar edənlər: “Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir!” - demişdilər.
111
112
113
114
115
116
Allah (axirətdə): “Ey Məryəm oğlu İsa! Sənmi insanlara: “Allahı qoyub məni və anamı ilah qəbul edin!” – demisən?!” – buyurduğu zaman (İsa peyğəmbər belə) deyəcək: “Sən pak və müqəddəssən! Haqqım olmayan bir şeyi demək mənə yaraşmaz. Əgər onu demiş olsaydım, Sən onu mütləq bilərdin. Sən ürəyimdə olanı bilirsən. Mən isə Sənin zatında olanı bilmirəm. Şübhəsiz ki, gizli olanları bilən Sənsən.
117
118
119