33
SURE
Ahzab Suresi
⌄
⌄
1
2
4
Allah bir insanın sinəsində iki qəlb yaratmamışdır. O, zihar etdiyiniz zövcələrinizi analarınızın yerinə qoymamış, oğulluğa götürdüklərinizi də oğullarınız olaraq tanımamışdır. Bunlar sizin söylədiyiniz boş sözlərdir. Allah isə həqiqəti söyləyir və doğru yola yönəldir. (Cahiliyyə dövründəki adətə görə bir kişi öz arvadına: “Sən mənə anam kimisən!” - dedikdə o qadın onun anası kimi hesab olunur və artıq ər arvadına yaxınlaşa bilməzdi. Bu adətə də “zihar” adı verilirdi. Yuxarıdakı ayədə, bir insanda iki qəlb olmadığı kimi, bir qadının həm ana, həm də zövcə ola bilməyəcəyinə işarə olunur. Eyni zamanda övladlığa götürülmüş uşağın da doğma uşaq kimi olmadığı bildirilir. Qurani-Kərim ərəblərin bu iki adətini ortadan qaldırmışdır. Zihar edən bir kişiyə də kəffarə cəzası verilməsinə hökm olunmuşdur.)
5
Onları (oğulluğa götürdüyünüz uşaqları) öz atalarının adları ilə çağırın! Allah nəzdində bu daha ədalətlidir. Əgər onların atalarının kim olduğunu bilmirsinizsə, onları din qardaşlarınız və yaxınlarınız olaraq görün. Çaşıb etdiklərinizə görə yox, qəsdən etdiklərinizə görə sizə günah yazılar. Allah bağışlayandır, rəhmlidir.
6
Peyğəmbər möminlərə özlərindən daha yaxındır. Peyğəmbərin zövcələri də onların analarıdır. Qohum olanlar Allahın Kitabına görə (vərəsəlik baxımından) bir-birlərinə digər möminlərdən və mühacirlərdən daha yaxındırlar. Ancaq dostlarınıza vəsiyyət edə bilərsiniz. Bu, kitabda (lövhi-məhfuzda) yazılmışdır. (Daha əvvəl möminlər bir ailə kimi bir-birlərinin varisi olduqları halda bu ayə ilə vərəsəlikdə qohumlara üstünlük verilmişdir.)
7
8
9
Ey iman gətirənlər, Allahın sizə verdiyi nemətini xatırlayın! Vaxtilə bir ordu sizin üstünüzə gəlmişdi. Biz də onların üstünə külək və görmədiyiniz bir ordu göndərmişdik. Allah sizin etdiklərinizi görür. (Hicrətin beşinci ilində Qüreyş və Qətəfan qəbilələri birləşərək Mədinəyə hücum etmişdilər. Mədinədə müsəlmanlarla müttəfiq olan Bəni-Qüreyzə qəbiləsi isə xəyanət edərək düşmənlərin tərəfinə keçmişdi. Xəndək müharibəsi adlanan bu döyüşdən müsəlmanlar qalib çıxmışdı. Yuxarıdakı ayədə bu hadisəyə işarə olunur.)
10
12
13
Bu vaxt onlardan bir dəstə: “Ey Yəsrib (Mədinə) xalqı, sizin üçün burada qalacaq yer yoxdur, geri qayıdın!” – demişdi. Onlardan bir dəstə də Peyğəmbərdən izin istəyərək: “Həqiqətən, evlərimiz açıqdır (təhlükə altındadır)”, - deyirdilər. Halbuki, evləri açıq deyildi. Onlar sadəcə olaraq (döyüşdən) qaçmaq istəyirdilər.
14
15
16
17
18
19
(Gəlsələr də) sizə qarşı xəsisdirlər. Onlara qorxu üz verdikdə can üstə olan adam kimi gözləri dönərək sənə baxdıqlarını görərsən. Qorxu getdikdən sonra isə, xeyirdə (qənimət mallarında) xəsislik edərək acı dilləri ilə sizi incidərlər. Onlar iman gətirməmişlər. Buna görə də Allah onların əməllərini puça çıxartmışdır. Bu, Allah üçün asandır.
20
21
22
23
24
25
26
Allah kitab əhlindən olub onlara (müşriklərə) yardım edənləri qalalarından endirdi və qəlblərinə qorxu saldı. Siz onların bir qismini öldürür, bir qismini də əsir götürürdünüz. (Bu ayədə, Xəndək döyüşündə müsəlmanlara xəyanət edib müşriklərlə əlbir olan Bəni-Qüreyzə adlı yəhudi qəbiləsinə işarə olunur. Xəndək döyüşündəki qələbədən sonra müsəlmanlar onların məskunlaşdığı qalaya hücum etdilər və iyirmi beş günlük mühasirədən sonra qalanı ələ keçirdilər.)
27
28
29
30
31
32
33
34
35
36
37
(Ey Peyğəmbər!) Bir zamanlar Allahın nemət verdiyi, sənin də yaxşılıq etdiyin kimsəyə: “Zövcəni saxla (boşama) və Allahdan qorx!” - deyirdin. Allahın üzə çıxaracağı şeyi insanlardan çəkinərək içində gizli saxlayırdın. Halbuki qorxmağına ən çox layiq olan Allahdır. Zeyd onu boşadığı zaman Biz onu sənə nikahladıq ki, oğulluqları zövcələrini boşadıqları zaman (möminlər o qadınlarla evlənmək istəyərlərsə,) möminlərə bir çətinlik olmasın. Allahın əmri yerinə yetirilmişdir. (Yuxarıdakı ayədə qeyd olunan və Quranda adı keçən yeganə səhabə Zeyd ibn Harisədir. Zeyd Həzrət Peyğəmbərin oğulluğu idi. Həzrət Peyğəmbər onu öz xalası qızı Zeynəblə evləndirmişdi. Daha sonra Zeyd Zeynəblə boşanmış və Həzrət Peyğəmbər də Zeynəblə evlənmişdi. Bu ayə ilə ərəb adətlərindən olan bir kişinin oğulluğunun boşadığı qadınla evlənə bilməyəcəyi anlayışı ortadan qalxmışdır.)
38
39
40
43
44
48
49
Ey iman gətirənlər! Əgər mömin qadınlarla evlənsəniz, sonra da toxunmadan (cinsi əlaqədə olmadan) əvvəl onları boşasanız, onlar üçün gözləmə müddəti saymağınıza ehtiyac yoxdur. Ona görə də onlara faydalanacaqları bir şey verin və gözəl bir şəkildə onları sərbəst buraxın! (Cinsi əlaqədə olmadan boşanmış bir qadına dahə əvvəl təyin edilmiş mehrin yarısı verilir və ya bir bəxşiş verilir ki, bunun müəyyən bir miqdarı yoxdur. Bu şəkildə boşanmış bir qadın iddət dövrünü gözləmədən evlənə bilər.)
50
Ey Peyğəmbər! Şübhəsiz, mehrlərini verdiyin zövcələrini, Allahın sənə qənimət olaraq verdiyi cariyələri, əmin qızlarını, bibilərinin qızlarını, dayın qızlarını, səninlə birlikdə hicrət etmiş xalalarının qızlarını və Peyğəmbər evlənmək istədiyi təqdirdə özünü Peyğəmbərə bağışlayan hər hansı bir mömin qadını sənə halal etdik. Bu, digər möminlərə deyil, sadəcə sənə məxsusdur. Biz sənə çətinlik olmasın deyə onların zövcələri və cariyələri barəsində onlara (möminlərə) nəyi fərz etdiyimizi yaxşı bilirik. Allah bağışlayandır, rəhmlidir.
51
Onlardan (zövcələrindən) istədiyini təxirə salar, istədiyini də yanına ala bilərsən. Boşadıqlarından istədiyini təkrar yanına almaqda sənə heç bir günah yoxdur. Bu, onların sevinmələri, kədərlənməmələri və hamısının sənin onlara verdiklərindən razı qalmaları üçün daha münasibdir. Allah qəlblərinizdə olanları bilir. Allah hər şeyi biləndir, həlimdir.
52
53
Ey iman gətirənlər, yeməyə dəvət edilmədikcə və yeməyin bişməsini gözləmədən Peyğəmbərin evlərinə girməyin! Lakin dəvət olunduğunuz zaman girin və yeməyi yedikdən sonra söhbətə dalmadan dərhal dağılışın! Həqiqətən, bu, Peyğəmbərə əziyyət verir, ancaq o sizdən çəkinir. Allah isə həqiqəti söyləməkdən çəkinməz. Onlardan (Peyğəmbərin zövcələrindən) bir şey soruşduğunuz zaman pərdə arxasından soruşun! Bu, həm sizin, həm də onların qəlbləri üçün daha təmiz bir davranışdır. Allahın Peyğəmbərini incitmək və ondan sonra zövcələri ilə evlənmək əsla sizə yaraşmaz. Həqiqətən, bu, Allah yanında böyük bir günahdır.
55
56
Həqiqətən, Allah və mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər, siz də ona salavat göndərin və onu səmimi-qəlbdən salamlayın! (Təfsirçilərə görə, Allahın salavat göndərməsi mərhəmət etməsi və Rəsulunun şanını ucaltmasıdır. Mələklərin salavat göndərməsi Həzrət Peyğəmbərin şanını ucaltmaları və möminlər üçün istiğfar etmələridir. Möminlərin salavat göndərməsi isə Həzrət Peyğəmbər üçün dua etmələri mənasına gəlir.)
57
58
59
60
62
63
66
67
69
71
72
Həqiqətən, Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Ancaq onlar bunu yüklənməkdən imtina etdilər və ondan (məsuliyyətindən) qorxdular. İnsan onu yükləndi. Həqiqətən, o, çox zalım və çox cahildir. (İnsana yüklənən əmanət təfsirçilər tərəfindən “düşünmə qabiliyyəti” kimi izah edilmişdir. Allah-Təala bu əmanəti insana verərək ona məsuliyyətlər yükləyir və beləcə, onu sınaqdan keçirir.)