11
SURE
Hud Suresi
⌄
⌄
1
2
3
5
6
7
Hansınızın əməlinin daha gözəl olacağını sınamaq üçün göyləri və yeri altı gündə yaradan Odur. O zaman Onun ərşi su üzərində idi. Əgər sən: “Həqiqətən, siz öldükdən sonra dirildiləcəksiniz!” - desən, kafirlər mütləq: “Bu, açıq-aşkar sehrdən başqa bir şey deyildir”, - deyəcəklər. (Ərş kainatdakı hər şeyi əhatə edən və mahiyyətini bilmədiyimiz bir şeydir.)
8
9
10
11
12
(Ey peyğəmbər!) Onların: “Ona bir xəzinə endirilməli, yaxud onunla birlikdə bir mələk gəlməli deyildimi?!” - demələri üzündən, bəlkə də, sənə gələn vəhyin bir hissəsini (təbliğ etməyi) tərk edəcəksən və buna görə ürəyin sıxılacaq. Sən ancaq xəbərdar edənsən. Allah hər şeyə vəkildir. (Müşriklər bəzən Həzrət Peyğəmbərdən göydən xəzinələr endirilməsini və ya onlara mələk göndərilməsini tələb edirdilər. Onların bu inadkar hərəkətləri Həzrət Peyğəmbəri çox kədərləndirirdi. Çünki onlara möcüzə gəlsə belə, onlar yenə də inkarçılığa davam edəcəkdilər. Yuxarıdakı ayədə bu həqiqətə işarə edilmiş və Həzrət Peyğəmbər təbliğ vəzifəsini yerinə yetirməsi barədə tənbeh edilmişdir.)
13
14
15
16
17
Rəbbindən açıq-aydın bir dəlilə əsaslanan, Allah tərəfindən bir şahidin (Cəbrailin) izlədiyi və ondan əvvəl Musanın rəhbər və mərhəmət olan kitabının da şahidlik etdiyi kəs (başqaları kimi ola bilərmi)? Onlar (müsəlmanlar) ona inanırlar. Onu inkar edən zümrələrə vəd olunan yer cəhənnəmdir. Buna görə də onun barəsində şübhə etmə! Şübhəsiz ki, o, sənin Rəbbindən gələn haqdır. Ancaq insanların çoxu iman gətirməz.
18
19
20
21
23
24
25
27
28
29
Ey qövmüm! Mən buna görə sizdən mal-mülk istəmirəm. Mənim mükafatım yalnız Allaha aiddir. İman gətirənləri də qovan deyiləm. Onlar Rəbbinə qovuşacaqlar. Lakin mən sizin cahil bir tayfa olduğunuzu görürəm. (Həzrət Nuhun qövmünün başçıları xalqın kasıb təbəqəsindən olan möminlərlə birlikdə olmağı özlərinə sığışdırmırdılar. Ona görə də Həzrət Nuhdan bu insanları yanından uzaqlaşdırmasını tələb etmişdilər. Ancaq Nuh peyğəmbər onların bu təklifini qəbul etməmişdi.)
30
31
32
34
35
36
37
38
39
40
41
42
Gəmi onları dağlar kimi iri dalğaların arasında aparırdı. Nuh (gəmidən) uzaqda olan oğluna (Kənana): “Oğlum, bizimlə birlikdə (gəmiyə) min və kafirlərlə birlikdə olma!” - deyə səsləndi. (Həzrət Nuhun oğlu Kənan iman gətirməmiş və atası möminləri gəmiyə mindirərkən o, minməkdən imtina etmişdi. Həzrət Nuhun digər oğulları olan Ham, Sam və Yafəs isə iman gətirmiş və gəmiyə minmişdilər.)
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
Şübhəsiz, mənim də, sizin də Rəbbiniz olan Allaha təvəkkül etmişəm. Elə bir canlı yoxdur ki, Allah onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim doğru yoldadır. (Bu ayədəki “kəkilindən tutmaq” ifadəsi ilə hər bir canlının idarəsi və hakimiyyətinin Allahın əlində olduğu nəzərdə tutulmuşdur. Allahın doğru yolda olması isə, ədalətli olması kimi izah edilmişdir.)
57
58
59
60
61
Səmud qövmünə də qardaşları Salehi (peyğəmbər) göndərdik. O demişdi: “Ey qövmüm, Allaha ibadət edin! Sizin Ondan başqa heç bir ilahınız yoxdur. O sizi torpaqdan yaratdı və orada sizi məskunlaşdırdı. Elə isə, Ondan bağışlanmağınızı diləyin və Ona tövbə edin! Həqiqətən, mənim Rəbbim (bəndələrinə) yaxındır, (dualarını) qəbul edəndir”.
62
63
64
Ey qövmüm! Bu, sizin üçün möcüzə olan Allahın dişi dəvəsidir. Buraxın Allahın torpağında otlasın. Ona zərər verməyin! Yoxsa yaxın bir əzab sizi yaxalayar”. (Rəvayətə görə, Saleh peyğəmbərin qövmü ondan möcüzə göstərməsini və möcüzə olaraq qayanın içindən bir dəvə çıxartmasını tələb etmişdi. Saleh peyğəmbər də iman gətirəcəklərinə dair onlardan söz aldı və namaz qılıb bunun üçün Allaha dua etdi. Allah onun duasını qəbul etmiş, möcüzə olaraq qayadan bir dəvə çıxartmış və ona heç kimin zərər verməməsini əmr etmişdi.)
65
66
68
69
70
71
72
73
74
İbrahimin qorxusu keçib ona (İshaqın doğulacağı haqqında) müjdə gəldikdən sonra o, Lut qövmü barəsində Bizimlə (elçilərimizlə) mübahisə etməyə başladı. (Mələklərin oradan çıxdıqdan sonra Lut qövmünü məhv etməyə gedəcəklərini öyrəndiyi zaman İbrahim peyğəmbər onlarla bu məsələni müzakirə etmişdi. Çünki Həzrət İbrahim kafirlərə gələcək əzabın Lut peyğəmbər və ona iman gətirənlərə də zərər verəcəyindən qorxurdu.)
76
77
Elçilərimiz (mələklər) Lutun yanına gəldikləri zaman Lut onlara görə pis oldu, ürəyi sıxıldı və: “Bu, çox çətin bir gündür!” - dedi. (Mələklər cavan oğlanlar surətində gəldikləri üçün Lut peyğəmbər onları insan zənn etmiş və qövmünün onlara zərər verəcəyindən qorxmuşdu. Çünki Lutun qövmündə pozğunçuluq həddindən artıq yayılmışdı.)
78
Qövmündən olan kişilər qaçaraq onun yanına gəldilər. Onlar daha əvvəl də pis işlər görürdülər. Lut dedi: “Ey qövmüm! Baxın, bunlar mənim qızlarımdır. Onlar sizin üçün daha təmizdirlər. Allahdan qorxun və qonaqlarımın qabağında məni biabır etməyin! İçinizdə ağlı başında bir adam yoxdurmu?” (Bəzi təfsirçilərə görə, Həzrət Lutun qövmünə evlənmələri üçün təklif etdiyi qızlar öz qızları deyil, qövmünün qızları idi. Hər peyğəmbər öz qövmünün mənəvi atası sayıldığı üçün, o da: “Baxın, bunlar mənim qızlarımdır!” - demiş və onlarla evlənmələrini tövsiyə etmişdir.)
79
81
(Mələklər) dedilər: “Ey Lut! Biz Rəbbinin elçiləriyik. Onlar əsla sənə dəyə bilməzlər. Arvadın istisna olmaqla, ailənlə birlikdə gecənin bir vaxtı yola çıx və sizdən heç kim arxaya baxmasın! Onların düçar olacağı əzaba o (arvadın) da düçar olacaqdır. Həqiqətən, onlara vəd olunan əzabın vaxtı səhərdir. Səhər yaxın deyilmi?!”
84
85
86
87
88
(Şüeyb) dedi: “Ey qövmüm! Deyin görək, əgər mən Rəbbimdən gələn açıq-aşkar bir dəlilə əsaslanıramsa və Allah mənə Öz dərgahından gözəl bir ruzi veribsə, onda necə?! Mən sizə qadağan etdiyimin əksinə hərəkət etmək istəmirəm. Yalnız gücüm çatdığı qədər (sizi) islah etmək istəyirəm. Mənim müvəffəqiyyətim yalnız Allahdandır. Mən Ona təvəkkül etmişəm və Ona dönəcəyəm.
89
90
91
92
93
94
95
97
98
100
101
102
103
105
107
108
109
110
111
112
113
114
Gündüzün iki başında və gecənin ilk vaxtlarında namaz qıl! Həqiqətən, yaxşı əməllər pis əməlləri yox edər. Bu, öyüd almaq istəyənlər üçün bir nəsihətdir. (Təfsirçilərə görə, gündüzün iki başındakı namazlar sübh, günorta və ilkindi namazı, gecənin yaxın vaxtlarındakı namazlar isə axşam və yatsı namazlarıdır.)
116
118
119
120